'Yeni Müsavat' qəzeti bağlanacaq?

MEDİA
00:01 25.08.2012
2836
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün “Media forum” saytının suallarını cavablandırıb. O, iyunun 30-dan – bir sıra kütləvi informasiya vasitələrinin rəhbərləri ilə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun görüşündən bəri qəzetlərin yayımı probleminin həllində heç bir irəliləyiş olmadığını vurğulayıb:
- Mətbuat Şurasında keçirilən həmin görüşdə əsas təkliflərimizdən biri Bakıdakı yeni qəzet köşklərinə məsul şəxslə görüşün təşkili idi. Şübhəsiz ki, bu köşklərə nəzarət edən şəxs var. Onunla görüşmək istəyirik. Bununla bağlı Mətbuat Şurasının rəhbərliyinə də müraciət etmişik. Bizə yaxın gələcəkdə bu görüşün reallaşacağını vəd ediblər. Amma hələ də bir xəbər yoxdur. Vəziyyət günü-gündən pisləşir. Qəzet satışında əsas rol oynayan metro stansiyalarında da satışa əngəllər yaradılır. Bu əngəllərin aradan qaldırılmasını tələb edirik.“Yeni Müsavat” qəzetinin isə xüsusi bir təklifi olub. Metroda, vaqonlarda qəzetdən başqa hər şey satmağa icazə verirlər. Təklif etmişik ki, “Yeni Müsavat”ın əməkdaşlarına şəhərin mərkəzində və metro stansiyalarında qəzet satmağa imkan verilsin. Bütün bu təklifləri həm Əli Həsənova, həm də Mətbuat Şurasına göndərmişəm. Amma heç bir cavab yoxdur.- Köşklərin azalması qəzet satışına nə qədər ziyan verir?- Biz iflas ərəfəsindəyik. “Qasid” yayım firmasının köşklərinin yığışdırılması, yeni köşklərin qəzet satmaqdan imtina etməsi tiraja, satışa xeyli təsir göstərib. Əvvəllər aylıq dövriyyəmiz 10-13 min manat arasında dəyişirdisə, indi bu məbləğ 7 minə düşüb. Amma onu da çətinliklə alırıq. “Qasid”in hesabında kifayət qədər məbləğimiz yığılıb. İlk dəfədir maaşları verməkdə çətinlik çəkirəm. Əvvəllər belə deyildi, maliyyə məsələləri rahat həll olunurdu. Firmalardan pulu vaxtında alırdım və əməkdaşların maaşını ödəyirdim. İndi isə həm nəşriyyata, həm də əməkdaşlara borcluyam. Çünki “Qasid”də qalan 20 min manat civarında pulun verilməməsi bizə problem yaradır. Bizim kimi satışla dolanan digər qəzetlərin də çətinliklərindən xəbərdaram.- Bir neçə aydır abunə kampaniyasına başlamısınız. Kampaniyanın qəzetin satışına xeyri olmayıbmı?- Hələ ki, heç bir xeyri yoxdur. Bəlkə bundan sonra olacaq. Ona görə ki, biz hər gün nağd pul ödəyirik, eyni zamanda satışdan gələn pullarımızı almaq və onları dövriyyəyə buraxmaq məcburiyyətindəyik. Hazırda bu sistem pozulub.Qəzet redaktorları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova da görüş üçün müraciət edib. Amma cavab yoxdur. Bizi iflas səviyyəsinə gətirib çıxarıb gizləniblər. Heç bir reaksiya vermirlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər