'Yeni Müsavat' və 'Qafqazinfo' MTN-ə müraciət etdi

MEDIA
20:13 17.12.2012
4456

Musavat.com” saytının təsisçisi və baş redaktoru Rauf Arifoğlu ilə “Qafqazinfo.az” saytının təsisçisi və baş direktoru Elburus Ərud milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudova müraciət ediblər. Lent.az-ın məlumatına görə, müraciətdə deyilir ki, son dövrlərdə “Yeni Müsavat” qəzetinin internet səhifəsinə (musavat.com) və “Qafqazinfo” (qafqazinfo.az) saytına qarşı kiber hücumlar edilir. “Bu hücumlar, bəzi məlumatlara görə, xarici ölkələrdən, digər informasiyalara görə isə ölkə daxilindən törədilir. Kiberterrorçular adıçəkilən mətbuat orqanlarında gedən informasiyaların internet vasitəsilə yayılmasına ciddi fəsad törədir və onların internet səhifələrinin fəaliyyətini yararsız hala salırlar. Bütün bunlar hər iki media orqanının geniş oxucu kütləsinə çatdırılmasına böyük zərbə vurur. Bu isə həm “Yeni Müsavat”ın, həm də “Qafqazinfo.az”ın internet səhifəsinin ciddi maddi zərərə məruz qalmasına səbəb olub».

Müraciətdə milli təhlükəsizlik nazirindən hücumların mənbələrinin tapılması və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlərin görülməsi xahiş olunur.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu lent.az-ın müxbiri ilə söhbətində bildirib ki, “Yeni Müsavat”ın İnternet səhifəsinə edilən kiber hücumlar barədə MTN-ə müraciət etmək məcburiyyəti yaranıb. “Müraciətdə bildirdik ki, bu hücumlar ölkə daxilindən törədilir və mütəmadi xarakter daşıyır. Eyni zamanda ölkədəki informasiya təhlükəsizliyinə zidd kibercinayətkarlıqdır. Əslində, bu hücumlar Azərbaycan iqtidarının beynəlxalq nüfuzuna zərbədir və kiber hücumların kim tərəfindən edildiyi aydınlaşmalıdır. Amma güman etmirəm ki, bu hücumlar siyasi xarakterlidir. Düşünərəm ki, bu sağlam rəqabət apara bilməyən rəqiblərimizin işidir. Təxmini şübhələrimiz var, amma ad çəkmək istəmirəm” - deyə, Arifoğlu bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
05:26 11.04.2026
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
04:13 11.04.2026
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
02:31 11.04.2026
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
01:45 11.04.2026
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
01:04 11.04.2026
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
00:48 11.04.2026
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
00:09 11.04.2026
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
00:06 11.04.2026
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
23:55 10.04.2026
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
23:46 10.04.2026
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
23:41 10.04.2026
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
23:25 10.04.2026
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
23:17 10.04.2026
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
23:12 10.04.2026
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
23:02 10.04.2026
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
22:49 10.04.2026
Ötən ay kanalda batan gəncin meyiti tapıldı