“Yeni Müsavat”la nazir arasındakı olan qalmaqala Mətbuat Şurası vasitəçilk etmək istəyir

“Yeni Müsavat”la nazir arasındakı olan qalmaqala Mətbuat Şurası vasitəçilk etmək istəyir
MEDİA
07:33 06.10.2011
1866

Mətbuat Şurası “Yeni Müsavat”la Müdafiə Nazirliyi rəhbərliyi arasındakı problemin çözülməsi üçün vasitəilik edəcəyini bildirmişdi.

Dünən bizə açıqlamasında Şura sədri Əflatun Amaşov bildirdi ki, Mətbuat Şurası tərəflər arasındakı problemin məhkəmə çərçivəsindən kənarda həllində maraqlıdır. Onun sözlərinə görə, Müdafiə Nazirliyi rəsmiləri tərəfindən qəzetlə bağlı şikayətlər gəldiyini nəzərə alanda da bu görüşün keçirilməsi labüddür. Müsahibimiz dedi ki, artıq nazirliyin bəzi rəhbər şəxsləri ilə əlaqə saxlaya bilib. MŞ sədri hazırda Moskvada keçirilən beynəlxalq konfransda iştirak etdiyi üçün bu məsələ ilə yaxından maraqlana bilmədiyini dedi. Amma o, qayıdandan sonra problemin həlli üçün tərəflərlə təkrar görüşəcəyini vurğuladı. Qəzetimizin baş redaktoru Rauf Arifoğlu isə müxbirimizə dedi ki, müdafiə naziri Səfər Əbiyev Mətbuat Şurasını saymır və Əflatun Amaşovun telefonlarına çıxmır: “Əbiyev hücuma keçib, məhkəmə isyəyir və bildiyim üzrə, MŞ sədrinin missiyasına da yaxşı baxmır. Biz də bu perspektivə hazırlaşırıq. Ona minnətçi düşmək niyyətimiz yoxdur. Yaxın günlərdə ölkə jurnalistlərini yığıb, Müdafiə nazirliyinin qarşısında piket keçirəcəyik. Əks-hücum planlarımız hazırdır və bizim “yüksəkliyi” almaq hörmətli Əbiyevə nəsib olmayacaq.”

Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR