Yeni nazir müavini Anar Bayramov kimdir?

Yeni nazir müavini Anar Bayramov kimdir?
SOSİAL
17:28 17.04.2025
3272
Anar Məhərrəm oğlu Bayramov Prezident İlham Əliyevin Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.  

O, 1975-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə orta məktəbi medalla bitirib. Həmin il Azərbaycan Tibb Universitetinə (ATU) daxil olub. Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və Azərbaycan Tibb Universitetini qırmızı diplomla bitirib. ATU Daxili xəstəliklər 1 və Reanimatologiya kafedrasının kliniki ordinatoru, sonradan aspirantı kimi çalışıb.

2003-cü ildən etibarən Tibb üzrə fəlsəfə doktorudur (PhD). 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirərək İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistr dərəcəsini alıb.

Tibb sahəsindəki fəaliyyətini 1998-ci ildə "MediClub" klinikasında həkim olaraq davam etdirib.

Elmi dərəcə aldıqdan sonra 2003-cü ildən ATU-nun Daxili xəstəliklər 1 və Reanimatologiya kafedrasının assistenti vəzifəsində işləyib.

2002-ci ildə "A-Group" Sığorta Şirkətinin baş tibbi eksperti vəzifəsində işləməyə başlayıb. Həmin il şirkətin baş direktorunun müavini təyin olunub.

2004-cü ildə isə həmin şirkətin baş direktoru təyin edilib.

2009-cu ildə "A-Group" Sığorta Şirkətinin İdarə Heyətinin sədri təyin edilib.

2021-ci ildə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Eyni ildən etibarən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017 illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) Prezidenti, 2017-2020 illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin Rəhbəri, 2021-ci ildən "A-Group" Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü, 2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin Prezidenti, 2025-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Baş məclisin üzvü olaraq ictimai vəzifərdə çalışıb.

20-dən artıq məqalə və 2 səmərələşdirici təklifin müəllifidir.

Maliyyə, sığorta, tibb, səhiyyədə islahatlar sahələri üzrə çoxsaylı beynəlxalq seminar, təcrübə və proqramların iştirakçısı olmuşdur.

Evlidir, 2 övladı var.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
09:57 31.10.2026
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim"
09:49 31.10.2026
Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim"
Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
09:41 31.10.2026
Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR
09:33 31.10.2026
Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
09:28 31.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Navrotski: Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirilib
09:26 31.10.2026
Navrotski: Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirilib
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
09:16 31.10.2026
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
SEPAH ABŞ-nin daha bir MQM-170 dronunu ələ keçirdiyini bildirib
09:14 31.10.2026
SEPAH ABŞ-nin daha bir MQM-170 dronunu ələ keçirdiyini bildirib
Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir
09:05 31.10.2026
Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir
Timsah 14 yaşlı məktəblini parçaladı
08:56 31.10.2026
Timsah 14 yaşlı məktəblini parçaladı
Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib
08:52 31.10.2026
Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib
Polşa Dövlət Tribunalının üzvü ölkədə dövlət çevrilişi baş verdiyini bildirib
08:45 31.10.2026
Polşa Dövlət Tribunalının üzvü ölkədə dövlət çevrilişi baş verdiyini bildirib
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, yaralananlar var
08:40 31.10.2026
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, yaralananlar var
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
08:35 31.10.2026
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Polşanın Konstitusiya Məhkəməsi ətrafındakı böhrana görə iki səfir istefa veriblər
08:29 31.10.2026
Polşanın Konstitusiya Məhkəməsi ətrafındakı böhrana görə iki səfir istefa veriblər
Bu ölkədə müəllim 16 il işə çıxmadan maaş alıb
08:21 31.10.2026
Bu ölkədə müəllim 16 il işə çıxmadan maaş alıb