Yeni qanun imzalandı: Miras davaları kəskin azalacaq

Yeni qanun imzalandı: Miras davaları kəskin azalacaq
SOSİAL
13:06 10.07.2025
1232
Azərbaycan Prezidenti Torpaq, Mülki Prosessual, Mülki məcəllələrdə, "Notariat haqqında” və "İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Yeni dəyişikliklərlə son illər daha çox müşahidə edilən mirasla bağlı mülki mübahisələrin və eləcə də məhkəmə işlərinin kəskin azalacağı gözlənilir.

AZXEBER.COM xəbər verir ki. bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

"Belə ki, son illər dünyasını dəyişmiş şəxsin övladları arasında bir sıra hallarda mirasa, yəni əmlaka və sərvətə sahib olmaqla bağlı mübahisələrin sayında artımlar müşahidə olunurdu. Bəzən bu mübahisələr övladlar arasında nəsil çəkişmələrinə belə səbəb olurdu. Sözügedən bütün qanunverici aktlarda edilən dəyişikliklərə əsasən mirasdan imtina vərəsələrinin mirası qəbul etmədiyi halda deyil, bütün vərəsələrin mirasdan imtina etdiyi halda rəsmilləşəcək. Yəni, vərəsələrdən hər hansı birinin mirasla bağlı iddia irəli sürməməsi heç də onun mirasdan imtinası anlamına gəlməyəcək.

Dəyişikliklər birmənalı şəkildə mirasın qəbulu mexanizminin təkmilləşdirilməsinə xidmət edəcək. Belə ki, əvvəllər mirasın qəbulu ilə qanunvericilikdə olan bir sıra ziddiyyətlər son illər varislər arasında bir sıra mülki mübahisələrin yaranmasına səbəb olmuşdur ki, yeni dəyişikliklər bu problemləri aradan qaldıracaq. Belə ki, əvvəllər miras ilə bağlı vərəsənin susması, yəni mirası qəbul və ya imtina etməməsi onun mirasdan imtina etdiyinə ehtimallar yaradırdı və bu da daha sonradan mübahisələrə səbəb olurdu.

Azərbaycan Prezidentinin təsdiq etdiyi son dəyişikliklər mülkiyyət hüququnun konstitutsion təminatının möhkəmləndirilməsi və mirasın qəbulu institutunun tələblərinin daha da təkmilləşdirilməsi və dəqiqləşdirilməsinə xidmət edir.

Belə ki, əvvəlki qanunvericiliyə əsasən vərəsələrin heç biri mirası qəbul etmədiyi halda əmlak xəzinəyə keçirilirdi. Təsdiq olunan dəyişikliklərə əsasən isə bütün vərəsələr mirasdan imtina etdiyi halda bu baş verir. Daha sadə dildə izah etsək, dünyasını dəyişən şəxsən mirasına fərqli səbəblərdən vərəsələrdən heç biri iddia etmədikdə bu, mirasdan imtina kimi izah olunurdu. Yeni qaydalara əsasən isə yalnız vərəsələrin mirasdan imtina etdiyi halda bu reallaşır.

Eyni zamanda, mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Varis mirasdan imtina üçün müəyyənləşdirilmiş zaman bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə bilər. Müraciət daxil olduğu gündən 2 ay müddətində miras siyahıya alınır.

Vacib dəyişikliklərdən biri də vərəsələrin kreditorlar qarşısında öhdəlikləri ilə bağlıdır. Yəni dünyasını dəyişən şəxsın kredit borcları ilə bağlı öhdəlikləri də aydın şəkildə bölüşdürülür. Belə ki, yeni dəyişikliklərə əsasən mirasın siyahısı notarius tərəfindən təsdiq edildikdə varislər miras qoyanın kreditorlar qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

Miras şəriklərinə vərəsəlik şəhadətnaməsinin verilməsi mexanizmləri də təkmilləşdirilib. Belə ki, notarius vərəsəlik şəhadətnaməsinin əldə edilməsi üçün vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrinin də payı ilə bağlı məlumatları həmin sənəddə qeyd edir. Bu, vərəsədən imtina etməyən, amma şəhadətnamə almaq üçün müraciət etməyən vərəsələrin hüquqlarının qorunması baxımından olduqca vacib dəyişiklikdir.

Bütövlükdə, yeni dəyişikliklərin mirasa sahiblikdə vərəsələrin hüquqlarının yaxından qoruyacağına və mülki mübahisələrin sayının azaldacağına xidmət edəcəyi gözlənilir”, - o bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Macarıstanın Baş naziri Orbanın BMT rəhbərliyinə namizədliyini sərt tənqid edib
00:14 30.10.2026
Macarıstanın Baş naziri Orbanın BMT rəhbərliyinə namizədliyini sərt tənqid edib
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
00:12 30.10.2026
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
Bu ərazilərdə işıq olmayacaq
00:06 30.10.2026
Bu ərazilərdə işıq olmayacaq
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
00:02 30.10.2026
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
00:00 30.10.2026
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Video
23:56 29.10.2026
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Video
Bank kartlarına tətbiq edilən limitlər artırıla bilər - VİDEO
23:52 29.10.2026
Bank kartlarına tətbiq edilən limitlər artırıla bilər - VİDEO
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
23:51 29.10.2026
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Sumqayıtda “Nissan” alışıb yandı - Video
23:42 29.10.2026
Sumqayıtda “Nissan” alışıb yandı - Video
Tovuzda yaşayış evində 50 yaşlı kişinin meyiti aşkarlanıb
23:33 29.10.2026
Tovuzda yaşayış evində 50 yaşlı kişinin meyiti aşkarlanıb
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - FOTOLAR
23:24 29.10.2026
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - FOTOLAR
Kredit götürənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
23:12 29.10.2026
Kredit götürənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
23:09 29.10.2026
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
23:03 29.10.2026
Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
22:49 29.10.2026
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir
22:38 29.10.2026
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir