Neftçala rayonuna yeni təyin olunmuş polis rəisi, polkovnik-leytnant Vüsal Şəbəndiyevin nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına qarşı ilk tələbkarlığı polis işçilərindən başlaması rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb.
Virtualaz.org xəbər verir ki, Neftçala Rayon Polis Şöbəsinin bir neçə əməkdaşına məxsus şəxsi avtomobillər pərdə və plyonkalı olduğuna, zavod konstruksiyaları dəyişdirildiyinə görə cərimə meydançasına salınıb.