Yeni rektor Şəmsəddin Hacıyevin qızını işdən çıxarıb? – UNİVERSİTETDƏN AÇIQLAMA

Yeni rektor Şəmsəddin Hacıyevin qızını işdən çıxarıb? –  UNİVERSİTETDƏN AÇIQLAMA
Bütün Xəbərlər
17:40 29.04.2014
2617

Bu gün mətbuatda Milli Məclisin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin qudası və qızının işdən uzaqlaşdırılması ilə bağlı xəbər yayımlanıb.

AZXEBER.COM məsələylə bağlı ADİU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Vüsalə Məmmədova ilə əlaqə saxlayıb. O bildirib ki, Beynəlxalq İqtisadi münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədov bir neçə həftə bundan öncə vəzifəsindən çıxarılıb və bu barədə mətbuata məlumat verilib.Vüsalə Məmmədova həmçinin Çeşmi Hacıyevanın da işdən çıxarılması xəbərinə münasibət bildirib. O deyib ki, bu tamamilə yanlış məlumatdır:

“Çeşmi xanım isə hazırda universitetdədir və öz işinin başındadır. Onun işdən çıxarılması ilə bağlı yayılan xəbərlər əsassızdır”.

Xatırladaq ki, bu gün yeni rektor Ədalət Muradovun Şəmsəddin Hacıyevin qardaşının qudası olan Beynəlxalq İqtisadi münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədovun və qızı Çeşmə xanımın işdən azad etməsi ilə bağlı məlumatlar yayımlanmışdı.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR