Yeni rektordan “təmizləmə” anonsu: – `Müəllimlərdən 315-nin elmi adı yoxdur`

Yeni rektordan “təmizləmə” anonsu: – `Müəllimlərdən 315-nin elmi adı yoxdur`
SOSİAL
13:59 26.08.2016
4764
“Yeni kadr islahatları aparmağı planlaşdırırıq”.
Bunu Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva deyib. Onun sözlərinə görə, universitetin strukturunda dəyişiklik edəcəyik: “Görünür, əvvəlki illərdə tələbələrin sayı çox olub. Bu gün isə tələbələrin sayı azalıb. Hazırda universitetdə 3 min tələbə təhsil alır. Tələbələrin sayı azalsa da, işçilərin sayı olduğu kimi qalır. Buna görə də işçilərin sayında ixtisarlar olacaq. Hazırda universitetdə 26 kafedra fəaliyyət göstərir.
Hansı kafedraların arasında fəaliyyət sahəsinə görə uyğunluq varsa, onlar birləşdiriləcək. Hər bir kafedranın deyilən dərslərə uyğun ədəbiyyatı, kitabxanası olmalıdır. Universitetin qiraət zalının tamamilə müasirləşdirilməsinə çalışacağıq. Öz üzərində işləmək istəyən tələbənin masasının üstündə heç olmasa, noutbuku olmalıdır”.
Rektor bildirib ki, universitetdə müəllim-tələbə nisbəti uyğunsuz yaranıb: “3 min tələbə var, 644 müəllim-professor heyəti fəaliyyət göstərir. Müəllimlərin 315 nəfərinin elmi adı yoxdur, 295 nəfər 0,5 ştatla, 62 nəfər isə 0,25 ştatla işləyir. Kənar təşkilatlardan 54 nəfər əvəzçiliklə fəaliyyət göstərir. Belə olduqda kimlərinsə ixtisar olunması labüddür. Qaldı kollecdən universitetə kadrların gətirilməsinə, oradan cəmi bir nəfər-təsərrüfat işçisi dəvət etmişəm”.
Nurlana Əliyeva deyib ki, ötən il universitetə tələbə qəbul planı kəsirdə qalıb. “Bu isə ürəkaçan hal deyil. Tələbələrin qəbulu normal dərs yükü deməkdir, hamının bütöv bir ştatla işləməsi deməkdir. Bu il tələbə qəbul planımız 88 faizlə yerinə yetirilmişdir. Deyilənə görə, son 12 ildə universitetə tələbə qəbulu bu səviyyədə olmayıb. Bu il peşəyönümünü daha da gücləndirmək niyyətindəyik.
İmtahanların təşkilində yeni qaydalar tətbiq olunacaq, tədris sənədləri yenilənəcək, tyutorlar institutu yaradılacaq. Bu ildən ödəniş əsasında qəbul edilən tələbələrlə müvafiq müqavilə bağlanacaq”.
Virtualaz.org
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
16:15 05.03.2026
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
16:12 05.03.2026
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
15:52 05.03.2026
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
15:50 05.03.2026
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
15:38 05.03.2026
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
15:36 05.03.2026
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
15:17 05.03.2026
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
15:04 05.03.2026
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
15:01 05.03.2026
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:00 05.03.2026
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
14:45 05.03.2026
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi