Yeni yayılan xəstəliyin səbəbi COVİD peyvəndidir? - ÜST-dən açıqlama

SAĞLAMLIQ
17:51 01.05.2022
843
ÜST hepatit xəstəyi ilə bağlı açıqlama verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı  İngiltərədə ortaya çıxan və Avropanın bir çox ölkəsində görülən mənşəyi naməlum hepatit yoluxmalarının COVİD-19 peyvəndi ilə bağlı olmadığını açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində keçirilən mətbuat konfransında çıxış edən ÜST Qlobal Proqramının İİV, Hepatit və cinsi yolla keçən infeksiyalar üzrə tədqiqatçısı Dr. Philippa Easterbrook son həftələrdə səbəbi bilinməyən hepatit yoluxmalarının sayının artması ilə bağlı son məlumatları paylaşıb.

Virusun 16 ölkədə 1 aydan 16 yaşa qədər 170 uşaqda müşahidə edildiyini bildirən Dr. Easterbrook qeyd edib ki, yoluxmaların 50 faizi 3-5 yaş arasındadır. Easterbrook indiyədək 16 uşağın qaraciyər transplantasiyası əməliyyatı edildiyi, ölənlərin sayının isə hələ də 1 olduğu barədə məlumat paylaşıb.

Hepatit hadisələrinin COVİD-19 və ya COVİD-19 peyvəndi ilə əlaqələndirilməsi ehtimalına gəlincə, Easterbrook yoluxmaların koronavirus peyvəndi ilə əlaqəsi olmadığını bildirib.
 
Qeyd edək ki, virus aşkar edilən uşaqlarda son bir ayda sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomların olduğu, 16 uşağın ağır qaraciyər iltihabı səbəbindən qaraciyər transplantasiyası aparıldığı bildirilib.

Ayşən

OXŞAR XƏBƏRLƏR