Yeniyetmə itlərin hücumuna məruz qaldı

Yeniyetmə itlərin hücumuna məruz qaldı
SOSİAL
22:44 12.06.2026
308
Abşeron rayonunun Saray qəsəbəsində 14 yaşlı yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"a uşağın atası Amid Turabov məlumat verib.

O bildirib ki, oğlu Mübariz Turabov həyətdə velosiped sürərkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə ağır vəziyyətdə

Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb.

Hazırda onun müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR