Yeniyetmələrdən iri ticarət mərkəzlərinə girişdə COVID pasportu tələb edilir? - AÇIQLAMA

Yeniyetmələrdən iri ticarət mərkəzlərinə girişdə COVID pasportu tələb edilir? - AÇIQLAMA
SOSİAL
10:48 11.09.2021
324
Məlum olduğu kimi, ictimai iaşə müəssisələrinə, hotellərə və iri ticarət mərkəzlərinə gedərkən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunur. Qayda tətbiq edilməyə başladıqdan sonra sözügedən obyektlərə daxil olanlar arasında xeyli narazılıqlar yaranıb.

İddialara görə, "Mall”lara, kafe və restoranlara gedən müştərilər "e-təbib” tətbiqindən peyvənd olunduqlarını təsdiqləyən onlayn sənədi göstərsələr də, onlardan şəxsiyyət vəsiqələri tələb olunur. Bəzi hallarda isə cüssəli görünən yeniyetmələrdən də COVID-19 pasportu istənilir, şəxsiyyət vəsiqəsi üzərində olmayıb yaşını təsdiqləyə bilməyənlər içəri buraxılmır. Vətəndaşlar bu amilləri daha çox yoxlanış aparanların təcrübəsizliyi ilə əlaqələndirir.

Bununla bağlı danışan "Gənclik Mall” ticarət mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, yoxlanış zamanı əsas prioritet şəxsiyyət vəsiqəsidir:

"Vətəndaşların COVID-19 pasportlarının yoxlanılması üçün Elektron Hökumətin İnkişafı Mərkəzinin yaratdığı xüsusi mobil tətbiqdən istifadə olunur. Tətbiq vasitəsilə sistemə daxil olan səlahiyyətli şəxs vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla və ya şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə onun peyvənd pasportunun olub-olmamasını müəyyən edir. COVID-19 pasportunun QR kodunu oxutduqda tətbiqdə heç bir şəkil çıxmadığına görə biz əlavə olaraq şəxsiyyət vəsiqəsini tələb etməli oluruq. Vaksin pasportunun QR kodunu oxutduqda yaşıl hərflərlə peyvənd olunduğu göstərilir. Təbii ki, biz dəqiqləşdirmə aparmaq üçün şəxsiyyət vəsiqəsini istəyirik. Çünki başqasının COVID-19 pasportu da göstərilə bilər. Bu isə təhlükə daşıyır”.

Qeyd olunub ki, əsas giriş qapılarında 3 mühafizə əməkdaşı, digər qapılarda isə 1 və ya 2 mühafizə heyəti yoxlama işləri aparır:

"Əməkdaşlarımız yoxlanış qaydaları ilə bağlı təlimat alıblar. Yeniyetmələr məsələsinə gəlincə, bəzi uşaqlar yaşlarından daha böyük görünür deyə, biz təhlükəsizlik məqsədilə yoxlanış edirik. Burada məqsədimiz dövlətin ticarət mərkəzlərinə qoyduğu qanunlara tam əməl etməkdir”.

Mənbə: Axar.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama