BMT-nin yeniləşmiş məruzəsinə əsasən yaxın 10 ildə planetin 60 yaşdan yuxarı əhalisinin sayı milyardı ötüb keçəcək. "XXI əsrdə qocalma: qalibiyyət və çağırış" məruzəsinin müəlliflərinin mülahizələrinə görə, buna baxmayaraq bir çox ölkələrin hakimiyyəti əhalinin sürətlə qocalmasının nəticələrini lazımi qədər qiymətləndirmirlər.Məruzə 1 oktyabr - Beynəlxalq Qocalar Günündə dərc edilib. BMT-nin hesablamalarına görə, 2050-ci il üçün "60 yaşdan yuxarı" adamların sayı, 15 yaşlı yeniyetmələrin sayından dəfələrlə artıq olacaq. Bu gündə Yaponiya yeganə ölkədir ki, əhalisinin 30%-inin yaşı 60-ı ötür. Lakin BMT-nin proqnozunda 2050-ci ilə olan analoji demoqrafik vəziyyətdə 60 ölkə, eləcə də Albaniya, Kanada və Çin olacaq.Həyat yaxşılaşırmı?BMT-nin Əhali Fondunun məlumatına görə, hal-hazırda dünyanın 60 yaşdan yuxarı əhalinin üçdə iki (3/2) hissəsi inkişaf etmiş ölkələrdə yaşayır. Bir sıra ölkələrdə, misal üçün Kipr və Latviyada isə yaşı 60-ı keçənlərin yarıdan çoxu yoxsulluq şəraitində yaşayır.Sənədin müəllifləri qeyd edir ki, ömrün uzanması, yaşlıların sayı müvafiq olaraq öz-özlüyündə Yer əhalisinin yaşayın şəraitinin yaxşılaşdığından xəbər verir. Dünyanın son bir neçə onilliyində tibbi xidmətin səviyyəsinin yüksəldiyi müşahidə olunur.Məruzədə deyilir ki, insanlar daha yaxşı qidalanmağa başlayıblar, əvvəlkindən daha yüksək elmililik isə ailə planlaşdırmasının yayılmasına kömək edir və ailədə uşaqların sayının azalmasına gətirib çıxarır.Statistikada bununla belə bir çox ölkələrdə, eləcə də ABŞ, Hindistan, Braziliya və Meksikada yaşlıların ömür boyu faktiki olaraq pensiyaya çıxdıqda aldıqları pensiya sisteminə daha çox ayırırlar.Hörmət və müdafiəBMT-nin Əhali Fondu dünya ictimaiyyətini yaşı 60-ın üzərində olanların pensiya sığortasına və işə düzəlməsinə daha çox diqqət ayırmağa çağırır. Məruzənin müəllifləri dünyada geniş yayılmış yaşlıların "öz iş yerlərini cəld boşaldıb, yolu gənclərə vermək" prinsipinin mübahisəli olduğunu deyirlər. Onların fikrincə, yaşı 60-ı ötmüşlərin çoxu effektli işləməyə qadirdirlər və cəmiyyətə xeyir gətirə bilərlər.Müsbət nümunə kimi Boliviyanın təcrübəsi əsas gətirilir. Bu ölkədə pensiyaçılar "Ağ briqadalar"da birləşərək, təbii fəlakətlərin nəticələrini aradan qaldıran xilasedicilərə kömək edirlər.BMT-nin məruzəsində deyilir ki, yaşa görə diskriminasiya və yaşlı vətəndaşlarla münasibətdə zorakılıq yolverilməzdir.