17-20 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group”un birgə təşkilatçılığı, "Birbank Biznes"in rəsmi tərəfdaşlığı ilə 7-ci dəfə "Yerli şirkətlərin tanıtım sərgisi” baş tutacaq.
AZXEBER.COM xəbər verir ki, "Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.
Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək olmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
Dörd gün davam edəcək sərgi çərçivəsində həmçinin, iştirakçılar üçün xüsusi ayrılmış "B2B zona”da iri şirkətlərin satınalma və təchizat üzrə rəhbər şəxsləri ilə qarşılıqlı və interaktiv işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, sərgidə "B2G zona” da fəaliyyət göstərəcək. Bu zonada sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud dəstək mexanizmləri ilə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.
İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu və Azərbaycan Dövlət Reklam Agentliyi sərginin tərəfdaşları sırasındadır.
Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Həmçinin ziyarətçilər üçün pulsuz avtobus xidməti təşkil olunacaq (Koroğlu Metro Stansiyası, Heydər Əliyev prospekti, "Alov" parkı çıxışı). Avtobusların üzərində sərginin adı qeyd olunacaq.
Baş sponsor: Firavan Park
Sponsor: VIDAL Private Industrial Zone
Təşkilati dəstək: MG Transport, 2K HEDEF
Qeydiyyat sponsoru: Tonuby Group
B2B & B2G zona sponsoru: N-Advert
Promo tərəfdaş: Moon Group
Media Tərəfdaşı: BHB Strategic and Creative CO
Könüllü dəstəyi: UNEC, Tələbə Həmkarlar İttifaqı Komitəsi
Sərgidə ziyarətçi qismində iştirak ödənişsiz











































