Yerli telekanallar “Formula 1” yarışlarına buraxılmayacaq

Yerli telekanallar “Formula 1” yarışlarına buraxılmayacaq
MEDİA
13:16 02.03.2021
639
Yerli televiziya və radio nümayəndələrinin "Formula 1" yarışlarında akkreditasiyasına icazə verilməyəcək. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin milli mətbuat katibi Ayan Nəcəf məlumat verib. O qeyd edib ki, yeganə yayım hüququna malik telekanal "İdman TV" olacaq. 

Bundan əlavə, daimi akreditasiyası olmayan xarici jurnalistlər də "Formula 1"i işıqlandıra bilməyəcək. 

Ümumilikdə, "Formula 1" yarışlarında akkreditasiyadan keçən mətbuat nümayəndələrinin sayında 30-40 faiz azalma gözlənilir. 
OXŞAR XƏBƏRLƏR