22:36 şənbə, 25 Yanvar 2020
SOSİAL

Yevda Abramovla vida mərasimi keçirilir - FOTOLAR

12:10, 08.12.20195790
Yevda Abramovla vida mərasimi keçirilir -  FOTOLAR
Dekabrın 6-da 71 yaşında dünyasını dəyişən Milli Məclisin deputatı Yevda Abramovla Quba Rayon Mədəniyyət Mərkəzində vida mərasimi keçirilir.

AZXEBER.COM-un "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, mərasimdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, millət vəkili Vahid Əhmədov, Xaçmaz və Quba rayonlarının icra başçıları, mərhum deputatın qızları Fərəh Yusifova, Bəsdi Yusifova, Səbinə Abramova, oğulları Sasun Kohen (Abramov), Elçin Abramov, gəlinləri İlyanora Abramova, Culyetta Kohen (Abramova)  və başqaları iştirak edirlər. 

Xatırladaq ki, Y. Abramov onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə uzun müddət İsraildə müalicə alıb. İki gün əvvəl isə o, müalicəsini davam etdirdiyi Mərkəzi Klinikada vəfat edib. 

 

 

 

 

 

 

 



WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ