Yevlaxda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraçılar məhəlləsi adlanan ərazisində qeydə alınıb. Belə ki, 2024-cü il təvəllüdlü uşaq ərazidən keçən su kanalına düşərək boğulub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.