Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb

Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
SOSİAL
22:48 11.03.2026
236
Yevlaxda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraçılar məhəlləsi adlanan ərazisində qeydə alınıb.

Belə ki, 2024-cü il təvəllüdlü uşaq ərazidən keçən su kanalına düşərək boğulub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR