Yevlaxda 66 yaşlı kişi bıçaqlandı - Şübhəli oğludur

Yevlaxda 66 yaşlı kişi bıçaqlandı - Şübhəli oğludur
HADİSƏ
21:02 26.08.2025
356
Yevlaxda 66 yaşlı kişi bıçaqlanıb, hadisəni törətməkdə oğlu şübhəli bilinir.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, rayonun Havarlı kəndində 1959-cu il təvəllüdlü Hüsü Talıbov mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun oğludur.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR