Yevlax rayonunda azyaşlı uşağı maşın vurub.
AZXEBER.COM-un verdiyi məlumata görə, hadisə rayonun Üzeyir Hacıbəyov küçəsində baş verib.Belə ki, 20 yaşlı Ozan İsmayılov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 8 yaşlı Rüstəm Məmmədovu vurub.Xəsarət alan uşaq Yevlax Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.