Yevlaxda baş vermiş qəzada xəsarət alanların vəziyyəti açıqlandı

Yevlaxda baş vermiş qəzada xəsarət alanların vəziyyəti açıqlandı
SOSİAL
12:31 10.05.2026
348
Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:

"Yevlax rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar mayın 10-da saat 07:20-dən başlayaraq 22 nəfər (9 kişi, 13 qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən bir nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub.

Hazırda 21 nəfərin tibb müəssisəsinin müvafiq şöbələrində müalicələri davam etdirilir. Bir nəfərin vəziyyəti ağır, birnəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir".
OXŞAR XƏBƏRLƏR