Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik maşını yolu keçmək istəyən iki qadını vuraraq öldürüb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.