Yeyib içən dostlardan biri digərini bıçaqladı

Yeyib içən dostlardan biri digərini bıçaqladı
Bütün Xəbərlər
08:38 25.10.2012
961
Bakının Qaradağ rayonu Lokbatan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Qəsəbə sakini Əzimov Namiq Vaqif oğlu gecə saatlarında tanışı Cəfərov Ayaz Fazil oğlu tərəfindən bıçaqlanıb.Məlumata görə, uzun zamandır dost olan Namiq və Ayaz hadisədən əvvəl birlikdə yeyib içiblər. Əhvalları yüksək olan dostlar evə qayıdarkən yollarını qəbiristanlıqdan salıblar. Bu vaxt tərəflər arasında mübahisə yaranıb və Namiq Ayazın ünvanına nalaiq ifadələr səsləndirib.Təhqirlərə dözməyən Ayaz Cəfərov bıçaqla Namiqə xəsarət yetirib. İçkinin təsirindən nə baş vermədiyini anlamayan tanışlar hadisə yerindən uzaqlaşıblar. Evdə halı pisləşən Namiq Əzimov dərhal respublika klinik xəstəxanasına çatdırılıb.
OXŞAR XƏBƏRLƏR