Yeznə-qayın yeyib-içdilər, bıçaqlaşdılar

Yeznə-qayın yeyib-içdilər, bıçaqlaşdılar
Bütün Xəbərlər
10:45 05.08.2015
1001
Tovuzda bıçaqlanma olub.
APA-nın məlumata görə, Tovuz rayon Abulbəyli kənd sakini, 1954-cü il təvəllüdlü Elman Sadıqov qarının, rayonun "Semzavod" qəsəbə sakini, 1952-ci il təvəllüdlü Vahid Həsənov isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
E. Sadıqovun vəziyyəti ağır olduğundan o, Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına göndərilib.
Məlumata görə, yeznə-qayın olan bu iki şəxs birgə yeyib-içdikdən sonra aralarında düşən mübahisə zamanı bir-birini bıçaqlayıb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR