“Yeni Gənclik” Tələbə Birliyi həftəsonuna planlaşdırdığı Qobustan turunu həyata keçirdi.
Yeni Gənclik Tələbə Birliyi mətbuat katibi Nuray Əliyevanın AZXEBER.COM-a verdiyi məlumata görə, “Ekskursiya İşçi Qrupu”nun “Tariximizi gəzə-gəzə öyrənək” layihəsinin davamı olaraq təşkil olunan tur Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qobustan və onun təbiəti ilə yaxından tanışlıqla başlayıb,muzeyə ekskursiya ilə yekunlaşdırıldı.27 nəfər gəncdən ibarət YGTB kollektivi vaxtlarını əyləncəli keçirərək sonda dənizkənarı parkda gəzintini davam etdirdi.
“Ekskursiya İşçi Qrupu”nun “Tariximizi gəzə-gəzə öyrənək” layihəsinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.