Yığma komandamızı saxlayan yoxdur

İDMAN
15:28 11.02.2012
1400
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş Grand-Prix “Winter OBSL 2012” beynəlxalq turnirində çimərlik futbolu üzrə Azərbaycan milli komandası üçüncü oyununu keçirib.AZXEBER.COM xəbər verir ki, Rusiyanın “Sovmortrans” komandası ilə qarşılaşan millimiz 5:4 hesablı qələbə qazanıb.. Komandamızın heyətində Zeynal Zeynalov, Comərd Baxşəliyev, Elvin Quliyev, Nahid Mehrəliyev və Hikmət Bağırov fərqlənib.Futbolçularımız turnirdə daha əvvəl keçirdiyi oyunlarda Rusiya təmsilçisi olan “Podvodnik” və ELMONT komandalarını müvafiq olaraq 4:1 və 5:4 hesabı ilə məğlub ediblər

Millimiz turnirdə növbəti oyununu fevralın 11-də keçirəcəkdir. Bu qarşılaşmada millimizin rəqibi Rusiyanın “Kristal” komandası olacaqdır.

OXŞAR XƏBƏRLƏR