Yığmamızın ən yaxşısı məlum oldu

İDMAN
11:42 26.09.2011
1468

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində Azərbaycan – Xorvatiya matçının ən yaxşılarının adları məlum olub. Azerisport.az xəbər verir ki, milli komandamızın 3:1 hesabı ilə qələbə qazandığı görüşün qəhrəmanı voleybolçumuzNatalya Məmmədovaolub. O, bombardirlik mübarizəsində də birinci olub. "Rabitə"nin şərəfini qoruyan Məmmədovanın xorvatlarla qarşılaşmada 27 zərbəsi millimizə xal qazandırıb. Türkiyə və İtaliya ilə oyundan fərqli, bu dəfə ən yaxşılar arasında yalnız bir təmsilçimiz yer alıb. Digər nominasiyalarda xorvatlardan ötən mövsüm Bakının "İqtisadçı" klubunda çıxış edən İvana Miloş (topu oyuna ən yaxşı daxil edən) bütün rəqiblərini arxada qoyub. Onunla yanaşı, Mira Topiç (ən yaxşı top qəbuledici) və Maya Polyak (ən yaxşı blok qoyan) da fərqləniblər. Qeyd edək ki, Xorvatiya üzərində qazanılan qələbə komandamızı pley-offa yüksəldib. Xorvatlar isə turniri tərk etməli olublar.

OXŞAR XƏBƏRLƏR