Yod zavodunun sabiq sahə rəisi özünü asdı

Yod zavodunun sabiq sahə rəisi özünü asdı
Bütün Xəbərlər
13:17 20.04.2015
1050

Neftçala rayonunun Həsənabad kəndində intihar hadisəsi baş verib.

AZXEBER.COM-un məlumatına görə, virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, Həsənabad kənd sakini, 1945-ci il təvəllüdlü Xalıq Əmir oğlu Bağırov dünən axşam özünü həyətindəki damda asaraq intihar edib.

Xalıq Bağırov uzun illər Neftçala Yod Zavodunda sahə rəisi işləyib. Onun maddi cəhətdən heç bir çətinliyinin olmadığı deyilir. Bununla belə mərhum ağır şəkər xəstəsi imiş. Onun özünə qəsdinin səbəbi kimi də xəstəliyi göstərilir.

OXŞAR XƏBƏRLƏR