AZXEBER.COM xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən yol uzun illərdir baxımsız və bərbad vəziyyətdədir. Ərazidə quraşdırılan zibil qutuları və tullantıların vaxtında yığılmaması isə xüsusilə yay aylarında vətəndaşlar üçün əlavə çətinliklər yaradır.
Sakinlər bildirirlər ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticə olmayıb.
Digər sakin isə yolun vəziyyətinin xüsusilə yaşlı insanlar üçün ciddi çətinlik yaratdığını bildirib:
"Yaşlı qadınam. İstəyirik ki, bu yollar yaxşı olsun, təmir edilsin. Yeriyə bilmirəm, yıxılıram. Bu küçəyə baxan yoxdur”.











































