“Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” adlı layihəyə start verilir

GƏNCLİK
14:14 07.09.2020
274

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Bakı Nəqliyyat Agentliyi ilə birgə təşkil etdiyi qrant müsabiqəsi çərçivəsində Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən "Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” layihəsinə start verilir.

AZXEBER.COM xəbər verir ki, layihənin icrasının başlıca məqsədi gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.

Layihə çərçivəsində layihəyə cəlb olunacaq təcrübəli ekspert və təlimçilər tərəfindən seçilmiş 20 gənc iştirakçıya 12 dərs proqramına uyğun olaraq aşağıda qeyd olunan mövzular üzrə onlayn təlimlər keçiriləcəkdir:

 

·Əsas anlayışlar, yol nişanları

·Yol nişanları, nişanlama xəttləri

·Yol işlərində istifadə olunan işarələr, NV-lərinin tanınma nişanları, Nizamlayıcının siqnalları

·Svetaforun siqnalları, NV-lərin üstün hərəkət rejimi ilə hərəkəti. Xüsusi siqnalların tətbiqi. Hərəkətə başlama manevr etmə

·NV-lərin yolun hərəkəti hissəsində yerləşməsi, hərəkət sürəti

·Ötmə və qarşılıqlı keçmə. Dayanma. Durma. Parklama

·Piyada keçidləri, yolayrıcıların keçilməsi. Nizamlanan yollar

·Nizamlanmayan yolayrıcılar. Avtomagistralda hərəkət. Dəmiryol keçidlərində hərəkət

·Yaşayış zonalarında hərəkət. Sürmə təlimi. NV-lərdə səs siqnallarından və xarici işıq cihazlarından istifadə edilməsi

·Nasaz NV-lərin yedəyə alınması, adamların daşınması, yüklərin daşınması

·İctimai Nəqliyyatdan istifadə qaydaları. Sanitar qaydaların qorunması.Məsafələrin saxlanılması

Təlimlərin sonundaiştirakçılardan imtahan götürüləcək.

Layihənin sonunda layihədə aktiv iştirak edən gənclərə layihədə iştirak etdikləri üçün diplom və şəhadətnamələr təqdim olunacaqdır.

İştirak üçün müraciət:

16-29 yaş arası şəxslərlayihədə iştirak üçün müraciət hüququna malikdir. Layihə iştirakçıları seçim əsasında müəyyən olunacaqdır.

İştirak üçün müraciət etmək istəyənlər11 sentyabr 2020-ci iltarixinə qədər aşağıdakıərizə formasınıtam dolduraraq müraciət edə bilərlər.

 

Mob :0553911521
Email:info@avpu.az

Qeydiyyat linkihttps://forms.gle/tTc9LJr3L71LjUNW8

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

01:30 29.10.2020

Ermənistanın 3-cü ordu korpusunda üsyan

23:46 28.10.2020

Kadırov Makronu sərt tənqid etdi: “Bu mövqeyimə görə vəzifəmi tərk etməyə, həyatımı verməyə hazıram!”

23:34 28.10.2020

İlham Əliyev Türkiyə xalqını təbrik etdi - FOTO

23:28 28.10.2020

İlham Əliyev: “Bu gün baş verənlər Paşinyanın təhlükəli fəaliyyətinin nəticələridir”

23:14 28.10.2020

Qurban Qurbanov: “Çox istərdik ki, oyunlarımızı Qarabağda keçirək” - VİDEO

23:07 28.10.2020

XİN rəhbəri İqnasio Kassislə də telefonda danışdı

23:05 28.10.2020

“Səs eşidən kimi siçovul yuvalarına girirlər” - Prezident dronlardan danışdı

22:58 28.10.2020

“Paşinyan sabah deyər ki, ərazilərimizi azad etmək üçün marslıları gətirmişik”

22:50 28.10.2020

“Sabah bu məsələlərin çoxu aydınlaşacaq” - İlham Əliyev

22:30 28.10.2020

Prezident: “Baza prinsiplərində beş rayonun qaytarılmasını nəzərdə tutan birinci mərhələ aktuallığını itirib”

22:20 28.10.2020

Seyid Abbas Əraqçi: "Biz dinc əhaliyə olan hücumları qətiyyətlə pisləyirik"

21:58 28.10.2020

Bərdəyə düşmən hücumu nəticəsində yuxuda olan körpənin özü yaralandı, atası isə öldü - VİDEO

21:39 28.10.2020

Abbas Əraqçi: "İran Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub"

21:25 28.10.2020

Ermənilərin Bərdəni raket atəşinə tutmasına görə cinayət işi başlandı

21:09 28.10.2020

İlham Əliyev: "Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb"

20:42 28.10.2020

İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib