«Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə birlikdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə «Yol hərəkəti təhlükəsizliyində ictimai maarifləndirmənin təşkili» adlı layihə həyata keçirir.
Dörd ay müddətində həyata keçirilən layihə çərçivəsində 3 orta məktəbdə yol hərəkətində maarifləndirmə mövzusunda tədbir keçirilib, bir tədbirə isə dəstək verilib.
AZXEBER.COM-un xəbərinə görə, bu gün keçirilən tədbirdə“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı layihə barədə məlumat verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələrinin bölməsinin rəhbəri Vaqif Əsədov isə bildirib ki, hər il avqustun 1-də “Təmiz hava” aylığına start verildiyini bildirib: “Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avqust ayının 1-dən 31-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində “Təmiz hava” aylığı keçirəcək. “Təmiz hava” aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır”. V.Əsədov bildirib ki, avtomobillərin yanacaq sistemi tənzimlənməklə saz vəziyyətə gətirilməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir: “Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar ”.
Qeyd edək ki, qlobalaşan dünyada elmin sürətli inkişafı insanların həyat tərzinə yenliklər gətirsə də, bununla yanaşı neqativ hallar da artmaqdadır. Avtomobil istehsalının sürətlə artması və yeni texnologiyalarla təchizatı ondan rahat istifadəyə şərait yaratmaqla yanaşı, həm də məsuliyyətsizlik yaradır. Bu, xüsusilə özünü gənc sürücülərin timsalında daha qabarıq göstərir. “Təkər üzərində ölüm”ü yaradan bir sıra səbəblərin aradan qaldırılması üçün xüsusi olaraq maarifləndirci tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır. Amma qeyd etmək lazımdır ki, bu gün yol-qəza hadisələri zamanı baş vermiş bədbəxt hadisələrin əsas səbəbi yolların qəzalı vəziyyətdə olması, avtombillərin artması, avtobillərin texniki nasazlığı ilə baglı deyidlir. Bu məsələdə insanların yol hərəkəti təhlükəsizliyi və mədniyyəti haqqında məlumatsızılığı daha çox özünü göstərir və bu hal Azərbaycan üçün xarakterikdir. Piyadaların avtomobillər tərəfindən vurulması onların düçüncələrində olan yalnış təsəvürlərlə bağlıdır.
Məsələn, piyadaların əskəriyyəti düşünür ki, istənilən hadisə zamanı günahkar sürücü sayılır. Azərbaycanda yol polisi ilə əhali arasında olan açıq münasibətlər nəticəsində qaydalara riayət olunmur. Bu da son nəticədə ağır fəsadlara gətirib çıxarır. Statistik rəqəmlər həyəcan təbili çalmağa əsas verir. “Jurlasitika və İnkişaf Mərkəzi” İctimai Birliyi hesab edir ki, yol hərəkəti təhlükəsizliyinin qorunmasında yol polisi ilə yanaşı, ictimai təşəbbüslər və ictimai nəzarət sistemləri də güclənməlidir. Bu məqsədlə biz “Yol hərəkəti təhlükəsizliyində ictimai maarifləndirmənin təşkili” adlı layihə həyata keçirdik. Layihənin icrası zamanı bir daha aydın oldu ki, cəmiyyətdə, xüsusən də orta məktəblərdə yol hərəkəti qaydalarının öyrənilməsinə maraq var. Lakin öyrənilənlərin icra edilməsində problem mövcuddur. Yol hərəkəti ilə bağlı ən çox narazılıq yaradan amillərdən biri də evakuasiya xidməti ilə bağlıdır.
Hazırladığımız bukletlər sürücülərə paylanılır. Bu buklet avtomobilin qabaq alın şüşəsinin altına qoyulmaqla sürücü tərəfindən adın və mobil telefonun yazılması üçün nəzərdə tutulub. Beləliklə də, yol polisi əməkdaşı avtomobili evakuasiya edərkən ilk növbədə sürücüyə məlumat verə bilər. Sürücüləri yerində cərimə etmək daha normaldır, nəinki, avtomobili evakuasiya edib cərimə meydançasına aparmaq. Cərimə meydançasına aparılarkən həm sürücüdən əlavə olaraq 20 manat evakuasiya xərci alınır, həm də avtomobilin daxili hissələrinə ziyan dəyə bilər. İstənilən halda, avtomobilin qəflətən evakuasiya olunması sürücü-polis arasında narazılığa səbəb olur. Bu münasibətləri tənzimləmək üçün bizim çap etdiyimiz materiallar ortaq məxrəcə gəlməyə kömək edə bilər.
Tədbirdə həmçininEkologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin müfəttişi Sadiq Dərafərin, ARDNŞ-in Ekologiya İdarəsinin departament rəisinin müavini Xaqani Quliyev, ARDNH-in Ekoloji Ölçmə Departamentinin rəisi Coşqun Bərxudarov, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşı Elnur Bağırlı, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov iştirak edib.