AZXEBER.COM xəbər verir ki, layihə Bakı və regionlarda yerli əhali, xüsusilə gənclər tərəfindən yol mədəniyyətinin təbliğ olunması və bu sahədə baş verən çatışmamazlıqların aradan qaldırılmasında onların imkanlarından istifadə edilməsini nəzərdə tutur.
Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində icra olunana layihə çərçivəsində yol mədəniyyətinin inkişafı və yol təhlükəsizliyi haqqında maarifləndirmə tədbirləri, ictimai aksiyalar təşkil olunmuşdur. Tədbirlərdə iştirakçılara yol mədəniyyəti, yollardakı qaydalara düzgün və nizamlı əməl olunması, onların təbliğ olunmasında gənclərin rolu və s. mövzular barədə məlumatlar verilmiş, onların təklifləri öyrənilmişdir.
Layihə çərçivəsində yol mədəniyyətinin təbliği məqsədilə velosiped yürüşləri və digər aksiyalar da təşkil edilmişdir. Tədbirlərdə əsasən gənclər iştirak etmişdirlər.
Qeyd edək ki, BMT-nin 2011-2020-ci illər üzrə Qlobal Yol Təhlükəsizliyi tədbirlərində Azərbaycanın aktiv rolunun təbliğ edilməsi məqsədilə Birlik tərəfindən əlavə tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.