Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) prezident seçkiləri ilə əlaqədar 6 gün gücləndirilmiş iş rejimində işləyəcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə oktyabrın ayının 9-u keçiriləcək prezident seçkiləri ilə əlaqədar respublikanın avtomobil yollarında nəqliyyatın təhlükəsiz hərəkətini, habelə seçkidə iştirak edən seçici və müşahidəçilərin maneəsiz hərəkətini təmin etmək məqsədi ilə yol polisi oktyabrın 7-dən 13-nə qədər gücləndirilmiş iş rejimində çalışacaq. “Seçki günü paytaxt yollarında, habelə nəqliyyatın sıx olduğu böyük şəhər və rayonlarda mümkün qədər nəqliyyat vasitələrindən az hərəkət etmələri tövsiyə olunur” – deyə, K.Əliyev sözlərinə əlavə edib.