Yol polisi "Ayıq sürücü"nün qapıyadək gətirdiyi avtomobili apardı

Yol polisi "Ayıq sürücü"nün qapıyadək gətirdiyi avtomobili apardı
SOSİAL
11:10 11.04.2016
3352
Bakı sakininin başına iş gəlib.
Ramiz Cəfərov adlı sürücü bildirib ki, martın 4-də toydan yaşadığı evə qayıdarkən evinin qarşısında yol polisi ona yaxınlaşıb: "İçki qəbul etdiyim üçün "ayıq sürücü" xidmətinə müraciət etmişdim. Sürücü mənə məxsus olan 90 AM 409 nömrə nişanlı "Ford Escape" markalı maşını Zabrat qəsəbəsinə, yaşadığım küçəyə gətirdi. Bildirdi ki, avtomobili təlimata uyğun olaraq sifarişçinin yaşadığı ünvana aparmalıdır və nəqliyyat vasitəsini qapının ağzınadək sürüb gətirdi. Burada onun pulunu verib yola saldıqdan sonra sükan tərəfdən yaxınlaşıb əşyalarımı götürdüm. Elə bu zaman Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 99 YP 349 nömrə nişanlı avtomobili yaxınlaşdı. Yol polisi əməkdaşı içkili olub-olmadığımı soruşdu, bildirdim ki, içkiliyəm, amma "ayıq sürücü" gətirib və zəng edib özü ilə dəqiqləşdirə bilərsiniz. Yol polisi əməkdaşı isə razılaşmadı, məni heç bir ekspertizadan keçirmədən avtomobilimi apardılar. Gedərkən avtomobilimi hara apardıqlarını soruşmaq üçün özümü irəli verdim və bu zaman yol polisi xidməti avtomobilini üstümə sürdü və özümü kənara atmağa məcbur oldum".
R.Cəfərov bildirib ki, özünü kənara atarkən əzilib və dərhal həkimə müraciət edib, daha sonra isə başına gələnlərlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətini məlumatlandırıb: "Eyni zamanda Baş Dövlət Yol Polisi İdarəsinə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə, həmçinin prokurorluğa, Daxili İşlər Nazirliyinə və digər instansiyalara müraciətlər ünvanladım. Lakin bir aydan artıq vaxt keçməsinə baxmayaraq heç bir nəticə yoxdur və avtomobilim özümə qaytarılmayıb, üstəlik də qol çəkmədiyim, heç bir əsası olmayan protokolla mənə 400 manat cərimə kəsilib".
"Ayıq sürücü" xidmətindən məsələ ilə bağlı lent.az-a deyilib ki, R.Cəfərov martın 4-də, həqiqətən də, onlara müraciət edib və xidmətin əməkdaşı sifarişçiyə məxsus "Ford Escape" markalı minik avtomobilini yaşadığı evin qarşısınadək apararaq təhvil verib.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə sayta bildirib ki, məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır: "Araşdırmanın nəticəsi barədə şikayətçiyə yazılı məlumat veriləcək. Əgər şikayətçi araşdırmanın nəticəsindən razı qalmasa, məhkəməyə müraciət edə bilər".
K.Əliyev əlavə edib ki, araşdırma prosesi zamanı bütün tərəflərin izahatları alınır, digər materiallar yoxlanılır və bunun nəticəsində müvafiq qərar qəbul edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
18:51 22.07.2026
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
18:39 22.07.2026
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq