Yol polisi xəbərdarlıq edir

Yol polisi xəbərdarlıq edir
Bütün Xəbərlər
12:21 18.12.2012
841

Bakı-Şamaxı-Yevlax yolunun 133-136-cı kilometrliyində buzlaşma olduğundan, həmin ərazidə sürücülər ehtiyatlı olmalıdırlar

Respublika yol polisi qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin verdiyi məlumata görə, hazırda Bakı-Şamaxı-Yevlax yolunun 133-136-cı kilometrliyində (Ağsu aşırımı) buzlaşma olduğundan, həmin ərazidə sürücülər ehtiyatlı olmalıdırlar.  Yol polisi ümumiyyətlə şaxtalı-qarlı havalarda təcrübəsi olmayan sürücülərə axşam və səhər saatlarında yola çıxmamağı tövsiyə edir. Qeyd edək ki, təkcə dekabr ayında baş verən yol qəzalarında 54 nəfər ölüb.

OXŞAR XƏBƏRLƏR