Bakıda yol polisinin daha bir özbaşınalığı qeydə alınıb
AZXEBER.COM xəbər verir ki, sosial şəbəkədə yayılan videoda növbəti yol polisi özbaşınalığı öz əksini tapıb.
Belə ki, yol polisinin dur əmrinə tabe olmayan motosiklet sürücüsünü əvvəl bir Yol Patrul Xidməti avtomobili qovsa da, daha sonra onlara iki patrul xidmətinin avtomobili də qoşulur. Uzun çəkən qovma prosesindən sonra polis motosiklet sürücüsünü saxlayaraq döydüyü diqqət çəkir.
Kameralardan aydın görünən döyulmə səhnəsini təqdim edirik: