Yol polisindən qadınlara '8 mart' hədiyyəsi

Yol polisindən qadınlara
Bütün Xəbərlər
14:45 07.03.2012
2514

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi qadın sürücülər üçün sürpriz hazırlayıb.

Bu barədə APA-ya qurumun bölmə rəisi Vaqif Əsədov məlumat verib. O, qeyd edib ki, sabah 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə yol polisi Bakıda qadın sürücülərə bayram hədiyyəsi hazırlayıb. Qadın sürücülərə ediləcək hədiyyənin sürpriz olduğunu qeyd edən Vaqif Əsədov bu sürprizin sabah açıqlanacağını bildirib və bütün KİV nümayəndələrini bu tədbirə dəvət edib: “Bir daha Azərbaycan qadınlarını təbrik edir, bütün qızlarımıza gəlin, gəlinlərimizə ana, analarımıza isə nənə olmağı arzulayıram”.

OXŞAR XƏBƏRLƏR