Yol polisini maşın vurdu - Vəziyyəti ağırdı

SOSİAL
10:07 17.10.2019
3855
Xəzər rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "oxu.az”a istinadən xəbər verir ki, qəza Mərdəkan qəsəbəsində qeydə alınıb.

Rayon ərazisində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşı Qiyasov Aqşin Yaşar oğlu xidmət aparan zaman minik avtomobili onu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR