Yol polisini maşınla vurub qaçdı

Yol polisini maşınla vurub qaçdı
Bütün Xəbərlər
00:15 16.09.2013
1177

Tovuzda Dövlət Yol Polisi İdarəsinin əməkdaşını avtomobil vurub. Hadisə ötən gecə Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində baş verib.

Yolda xidməti vəzifəsini yerinə yetirən yol polisi çavuşu Nəsrəddin Həsənov qayda pozan “VAZ 21012” markalı maşını saxlamaq istəyərkən avtomobil onu vurub. Sürücü hadisə yerindən qaçıb.

Dövlət Yol Polisi İdarəsinin 9-cu taqımından məlumatı təsdiqləyiblər.

Yol polisi əməkdaşının səhhətinin normal olduğu bildirilib.Hadisəni törədən “VAZ 21012” markalı avtomobilin tapılması istiqamətində tədbirlər həyata keçirilir.//apa

OXŞAR XƏBƏRLƏR