Yol polisinin gözü qarşısında qayda pozuntusu- VİDEO

Yol polisinin gözü qarşısında qayda pozuntusu- VİDEO
Bütün Xəbərlər
00:08 17.08.2014
3724

Qaydanı pozan sürücü qəza törətdi.

AZXEBER.COM ans tv-ə istinadən xəbər verir ki, gecə saatlarında paytaxtın Binəqədi rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki yol hərkəti qaydalarını pozduğuna görə “Mercedes” markalı avtomobilin sürcüsü yol polisi əməkdaşları tərəfindən saxlanılıb və ona protokol yazılıb.

Bu zaman eyni istiqamətdə yüksək sürətlə gələn “Toyota” markalı avtombil yolun sol tərəfində hərkətsiz vəziyyətdə dayanmış “Mercedes” markalı avtomobilin sol tərəfinə çırpılıb. Elə hadisə yerindəcə “Toyota” markalı avtomobilin hərəkəti polislər tərəfindən dayandırlıb. Məlum olub ki “Toyota” nın sürücüsü yüksək sürətlə gəldiyindən qəflətən idarəetməni itirib.

Xoşbəxtlikdən xəsarət alan olmasa da “Mercedes”ə ciddi ziyan dəyib və hər iki avtomobil evakuatorlar vasitəsilə cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR