Yol polisinin növbəti qanunsuz radarı - VİDEO

SOSİAL
13:18 07.08.2016
6116
Sosial şəbəkələrdə növbəti dəfə yol polisinin qanunsuz əməli ilə bağlı video yayımlanıb.
AZXEBER.COM-un məlumatına görə, videoda görünür ki, 10-YP-990 markalı avtomobil yol kənarında dayanıb, radarla digər nəqliyyat vasitələrini çəkir.
Həmin şəxsə yaxınlaşan jurnalist ondan açıqlama almaq istəsə də, yol polisi bundan yayınıb və 402-ci otaqla əlaqə saxlayıb. O ilk olaraq jurnalisti hədələsə də, sonradan geri addım atıb.
Bu görüntülər sosial şəbəkələrdə böyük narazılıqla qarşılanıb və istifadəçilər bu halın qanunsuz olduğunu deyiblər.Qeyd edək ki, Sumqayıtda yerləşdirən bu radarla bağlı həmin ərazidə heç bir bildiriş olmayıb. 
Həmin görüntüləri təqdim edirik:
OXŞAR XƏBƏRLƏR