Yol polisləri və taksi sürücüləri “Eurovision-2012”yə hazırlaşır - FOTOLAR

Yol polisləri və taksi sürücüləri “Eurovision-2012”yə hazırlaşır - FOTOLAR
Bütün Xəbərlər
20:42 14.05.2012
1784
Onlar şəhərimizə gələn xarici qonaqlarla sərbəst ünsiyyət qura biləcəklər. Azərbaycanda “Eurovision-2012” mahnı müsabiqəsinə ictimai dəstək-tariximizin və mədəniyyətimizin təbliği” adlı yeni layihənin icrası davam edir. Layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) tərəfindən icra olunur. Layihə çərçivəsində taksi sürücüləri və yol polisləri “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı maarifləndirilirlər. Mayın 14-də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin əməkdaşları paytaxtın Səbail rayonu ərazisində yol polislərinə və taksi sürücülərinə Azərbaycan və ingilis dillərində söz və söz birləşmələrinin əks olunduğu kitabça, Azərbaycan və onun işğal olunmuş əraziləri, əhalisi, etnik tərkibi haqqında qısa məlumatların, istirahət mərkəzləri, otellər, dini obyektlər barədə məlumatların əks olunduğu bukletlər paylayıblar. Şəhərimizin qonaqları Azərbaycan və ingilis dillərində çap olunan bukletlərin köməyi ilə sərbəst hərəkət edə bilərlər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, idarə ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində müəyyən təbliğat xarakterli tədbirlərin görülməsi üçün birgə tədbirlər planı hazırlanıb. Tədbirlər planının nəzərdə tutulmuş tələbinə uyğun olaraq ölkəyə gələn qonaqların qarşılanması, onlarda paytaxt ərazisində hərəkət etmək üçün təsəvvür yaranması, eləcə də Azərbaycandakı tarixi abidələrin məkanı barədə informasiyaların yer aldığı xüsusi bukletlərin paylanmasıdır və bu istiqamətdə işlər aparılır: «Artıq bir həftədir ki, xüsusi çapdan çıxmış bukletlərin və yaxud ingiliscə danışıq lüğətinin paytaxtımızda paylanılması həyata keçirilir. Lüğətlər və bukletlər ictimai nəqliyyat vasitələrini idarə edən sürücülərə, eyni zamanda, yol polisi əməkdaşlarına da paylanılır. Onlar lüğət vasitəsilə çox asan şəkildə xarici vətəndaşlarla danışa biləcəklər». Sürücülərin əksəriyyəti bu kitabçalara böyük ehtiyac duyduqlarını və bu vəsaitlərin köməyi ilə xidmət göstərəcəkləri xarici qonaqlarla ünsiyyət qura biləcəklərini deyiblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər