Yol qəzasında üç azərbaycanlı şagird öldü

Yol qəzasında üç azərbaycanlı şagird öldü
Bütün Xəbərlər
10:39 21.05.2011
1846
APA-nın məlumatına görə, hadisə dünən - kənddəki 1 saylı orta məktəbin məzunlarının buraxılış tədbirindən sonra qeydə alınıb. Minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 9-cu sinif şagirdləri - Şərqiyyə Cəfərova, Mənzər Xəlilova hadisə yerində həlak olub. Onlarla birgə olan başqa bir şagird - Bayram Mahmudov isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində daha bir nəfər azərbaycanlı gəncin XII sinif şagirdi - 18 yaşlı Urfan Abdullayevin də qəza nəticəsində xəsarət aldığı açıqlanıb. O, ağır vəziyyətdə Qardabani xəstəxanasına yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR