Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisələr zamanı ölüm faktı qeydə alınmayıb.Hadisələrin 2-i Bakıda qeydə alınıb və nəticədə 2 nəfər xəsarət alıb.İdarədən bildirilib ki, respublika ərazisindəki qəzalar Gəndob-Yalama, İsmayıllı-Qaraməryəm, Bakı-Qazax yolları, Yevlax, Gəncə, Zaqatala şəhər və rayonlarının ərazilərində qeydə alınıb.Rayonlara gedən yollarda nəqliyyatın hərəkəti məhdudlaşmayıb, yolların müəyyən hissələrində buzlaşma olsa da, hərəkət üçün açıqdır.