Yol qəzasında Nəqliyyat Nazirliyinin iki əməkdaşı ağır yaralanıb

Yol qəzasında Nəqliyyat Nazirliyinin iki əməkdaşı ağır yaralanıb
Bütün Xəbərlər
15:51 26.11.2013
893

Nəqliyyat Nazirliyi əməkdaşlarının idarə etdiyi avtomobil Zaqatalada yol qəzası törədib.

AZXEBER.COM Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsinə istinadən bildirir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu Mazıx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, Nəqliyyat Nazirliyinin “Azəryolserviz” ASC 85 saylı yol istismarı avtomobil yollarında iri qabaritli, ağır çəkili nəqliyyat vasitələrinə nəzarəti idarəsinin əməkdaşları, Qax rayon sakini, 25 yaşlı Elşən Məhyəddinovun idarə etdiyi “Mitsubishi L 200” markalı, 10 TK 390 nişan dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb.Daha sonra avtomobil yoldan çıxaraq kənardakı çuxura düşüb. Qəza nəticəsində sürücü Elşən Məhyəddinov və avtomobildə olan sərnişin Mingəçevir şəhər sakini, 27 yaşlı Ruslan Cavadov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata əsasən, Elşən Məhyəddinovun və Ruslan Cavadovun vəziyyəti orta ağır hesab edilir. Hər iki şəxsin müalicəsi xəstəxananın reanimasiya və cərrahiyə şöbəsində davam etdirilir.Faktla bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma başlanılıb.

OXŞAR XƏBƏRLƏR