Yol tikintisinə 5,5 milyon manat ayrıldı

Yol tikintisinə 5,5 milyon manat ayrıldı
Bütün Xəbərlər
18:51 19.02.2013
829
Azərbaycan prezidenti İlham Əliyev Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.On altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Zaqatala Rayon İcra Hakimiyyətinə 5,5 milyon (beş milyon beş yüz min) manat ayrılıb.//APA
OXŞAR XƏBƏRLƏR