Yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bütün Xəbərlər
13:29 19.03.2012
1285
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Azərbaycan paytaxtında keçirilən Novruz şənlikləri ilə əlaqədar bir sıra mərkəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov ANS PRESS-ə bildirdi ki, bayram tədbirləri ilə əlaqədar İstiqlaliyyət, Azərbaycan küçələrinin kəşisməsindən, Qoşa Qala Qapısı, Əziz Əliyev, Niyazi, Şeyx Şamil kəsişməsindən Azneft dairəsi istiqamətində, Bayıl qəsəbəsindən Azneft dairəsi, Neftçilər prospekti, Yusif Səfərov küçəsi kəsişməsindən, Üzeyr Hacıbəyov, Puşkin, Azərbaycan, Zərifə Əliyeva kəsişməsindən, Dənizkənarı Bulvar boyu Neftçilər prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əhalidən xahiş edir ki, şənlik günlərində, tədbirlər keçirilən ərazidə nəqliyyatın sıxlığı, tıxac yaranmaması, eyni zamanda şəhərdə insanların vahid, təhlükəsiz və fasiləsiz hərəkətini təşkil etmək üçün, bu istiqamətlərdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər.
OXŞAR XƏBƏRLƏR