İki gün öncə 3 yaşlı oğlunu faciəli şəkildə itirən tanınmış telejurnalist Ayaz Nizamioğlu (Mirzəyev) övladının vəfatından yazıb.
AZXEBER.COM xəbər verir ki, telejurnalist Facebookdakı profilində bunları qeyd edib: “Həyatıma bir mələk gəldi…Allah ona 3 il ömür biçdi. Üç il o ailəmizi sevincə qərq elədi. Vaxtın tamamında isə getdi. İşığa doğru… Cənnətə doğru…Yolun açıq olsun, Maqsud!” Qeyd edək ki, həmkarımızın 3 yaşlı oğlu Maqsud eyvandan yıxılaraq dünyasını dəyişib. Allah rəhmət eləsin!