Yoluxucu cinsi xəstəliklər rekord həddə çatıb - YENİ ARAŞDIRMA

Yoluxucu cinsi xəstəliklər rekord həddə çatıb - YENİ ARAŞDIRMA
SAĞLAMLIQ
15:41 06.06.2023
467
Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) bu gün 2022-ci il üçün yoluxucu cinsi xəstəliklərin statistikasını dərc edərək, bu xəstəliklərdə əvvəlki illə müqayisədə əhəmiyyətli artım olduğunu açıqlayıb.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, agentlik bu gün dərc etdiyi 2022 cinsi yolla keçən xəstəliklər statistik hesabatında, süzənək xəstəliyinin 2022-ci ildə 50% artdığına diqqət çəkib və bunun qeydlərin başladığı 1918-ci ildən bəri ən yüksək diaqnoz olduğunu vurğulayıb.
 
Hesabatda həmçinin qeyd olunub ki, 2022-ci ildə 8692 nəfərdə sifilis diaqnozu qoyulub ki, bu da İkinci Dünya Müharibəsindən bəri ən yüksək diaqnozdur.

"2022-ci ildə süzənək diaqnozlarının sayı qeydiyyat başlanandan bəri bildirilən ən yüksək illik rəqəmdir, sifilis diaqnozlarının sayı isə 1948-ci ildən bəri bildirilən ən yüksək illik rəqəmdir", - deyə hesabatda deyilir.

Hesabatda gonoreyanın hər yaşda olan insanlarda artdığı, lakin ən çox artımın 15-24 yaş arası gənclərdə olduğu vurğulanıb. Cinsi yolla keçən digər xəstəlik olan xlamidiya isə əvvəlki illə müqayisədə 24,3% artıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR