Koreya Xalq Demokratik Respublikasının (KXDR) Şərq dənizi istiqamətində naməlum raket buraxıb.
Bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
"Biz oktyabrın 3-də saat 06:30 radələrində (Bakı vaxtı ilə 01:30) KXDR-in Vonsan bölgəsindən Şərq dənizi istiqamətində buraxılmış ballistik raketi aşkar etdik", - deyə hərbçilərin bəyanatında bildirilir.
Məlumata görə, Seul Vaşinqton və Tokio ilə kəşfiyyat məlumatları mübadiləsi aparır.
"Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, buraxılan obyekt ballistik raket ola bilər", - "Kyodo" agentliyi qeyd edir. Yaponiyalı dənizçilərə mərminin qalıqlarına yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.
Seulun hesablamalarına görə, KXDR ötən dəfə oxşar buraxılışı sentyabrın 20-də həyata keçirib.
///report///











































