"Youtube" haqqında bilmədiyiniz faktlar

"Youtube" haqqında bilmədiyiniz faktlar
Bütün Xəbərlər
17:40 16.05.2011
3832


"Youtube"un qurulmasına səbəb məşhur şirkətin satılması olub. Belə ki, "PayPal" ödəmə sisteminin "eBay"a satılmasından sonra orada işləyən Stiv Çen, Çad Hörli və Ceyvd Kərim şirkətdən əldə etdikləri pulla "Youtube" saytını qurublar.

"Youtube.com" saytı fəaliyyətə başlayanda bir qarışıqlıq yaranmışdı. Belə ki, həmin vaxt fəaliyyət göstərən emal firması olan "Universal Tube and Rollform Equipment"ın saytı "utube.com" kimi fəaliyyət göstərirdi. Hər iki saytın "yutub" oxunması və yazılışlarının da çox oxşar olması emal firmasının rəhbəriliyini narahat edir. Onlar "Youtube" haqqında məhkəməyə şikayət edirlər. Məhkəmə isə bu şikayəti təmin etmir. Belə olan halda emal firması "utube.com" saytını "utubeonline.com" olaraq dəyişdirir.

"Youtube" saytına ilk video 23 aprel 2005-ci ildə Cayd Kərim tərəfindən yüklənib.

"Youtube" saytı 9 oktyabr 2006-cı ildə "Google" şirkəti tərəfindən 1.65 mlrd dollara alınıb.

/// deyerler.org

OXŞAR XƏBƏRLƏR